Turizm fakültəsinin Elmi Şurası Azərbaycan Texnologiya Universitetinin 6 may 2026-cı il tarixli 526 nömrəli əmrinə əsasən formalaşdırılmışdır. Elmi Şura fakültənin tədris, elmi və təşkilati fəaliyyətini idarə edən və tənzimləyən əsas kollegial idarəetmə orqanıdır. Elmi Şurasının fəaliyyəti kafedraların tədris prosesinin keyfiyyətini yüksəltmək üçün səylərin birləşdirilməsi, bu istiqamətdə səmərəli elmi-metodiki dəstəyin göstərilməsi və mü­va­­­fiq tədbirlərin hazırlanması, fakültələrdə və kafedralarda planlaşdırılan tədris-metodiki işin müvafiq tələblər səviyyəsində icrasına nəzarətdən ibarətdir.
Fakültə Elmi Şurasının tədris prosesi ilə bağlı əsas vəzifələri fakültədə ixtisaslar üzrə tədris planlarının, proqramların və imtahan sessiyalarının müzakirəsi və tənzimlənməsi ilə əlaqədardır. Elmi fəaliyyətinə elmi-tədqiqat işlərinin vəziyyəti, kafedraların hesabatlarının dinlənilməsi və qiymətləndirilməsi, kadr və struktur məsələlərinə isə  professor-müəllim heyətinin seçkiləri, elmi adların verilməsi üçün tövsiyələrin hazırlanması və fakültə daxili struktur qərarlarının verilməsi aiddir. Keyfiyyət və akkreditasiya  məsələləri ilə əlaqədar olaraq beynəlxalq standartlara uyğunluq və təhsil keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Fakültə Elmi Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, təhsil və elm sahəsinə aid verilən qərarları, qəbul edilən qanunları, Azərbaycan Texnologiya Universitetinin Əsasnaməsini, universitetin Elmi Şurasının qərarlarını, universitet rektorunun əmrlərini, qərarlarını və sərəncamlarını rəhbər tutur.
Turizm fakültəsində Elmi Şuranın iclasları mütəmadi olaraq keçirilir. Elmi Şuranın iclası ayda bir dəfə təşkil olunur və fakültənin fəaliyyəti ilə bağlı mühüm məsələlər müzakirə edilir.  

                                                                      Azərbaycan Texnologiya Universiteti Turizm fakültəsinin
                                                                                                 Elmi Şurasının tərkibi

Yusif Əbülfət oğlu Hümbətov — Sədr (Turizm fakültəsinin dekanı, professor)
Zəminə Rəsul qızı Novruzova — Katib (Humanitar elmlər və multikulturalizm kafedrasının baş müəllimi)
Fuad Yusif oğlu Yusifov — Üzv (Humanitar elmlər və multikulturalizm kafedrasının müdiri, dosent)
Nazim Davud oğlu Verdiyev — Üzv (Turizm sənayesinin təşkili kafedrasının müdiri, dosent)
Rövşən Rizvan oğlu Əliyev — Üzv (Turizm sənayesinin təşkili kafedrasının dosenti)
İlham Əli oğlu Vəliyev — Üzv (Turizm sənayesinin təşkili kafedrasının dosenti)

                                                                  Turizm fakültəsi Elmi Şurasının vəzifələrinə görə daimi üzvləri

Yusif Əbülfət oğlu Hümbətov — Sədr, Turizm fakültəsinin dekanı, professor
Zəminə Rəsul qızı Novruzova — Katib, Humanitar elmlər və multikulturalizm kafedrasının baş müəllimi
Fuad Yusif oğlu Yusifov — Üzv, Humanitar elmlər və multikulturalizm kafedrasının müdiri, dosent
Nazim Davud oğlu Verdiyev — Üzv, Turizm sənayesinin təşkili kafedrasının müdiri, dosent
Rövşən Rizvan oğlu Əliyev — Üzv, Turizm sənayesinin təşkili kafedrasının dosenti
İlham Əli oğlu Vəliyev — Üzv, Turizm sənayesinin təşkili kafedrasının dosenti

Şah İsmayıl Xətai 103, AZ2011 Gəncə, Azərbaycan

(+994 22) 268-08-81

Bütün hüquqlar qorunur © 2026 ATU