Aysel Alim qızı Məmmədli 8 noyabr 1983-cü ildə Gəncə şəhərində anadan olub. 1990–2000-ci illərdə Gəncə şəhərində M.Ə. Sabir adına 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2000-ci ildə Gəncə Dövlət Universitetinin Filologiya (ingilis dili müəllimliyi) ixtisasına qəbul olub, 2004-cü ildə bakalavr təhsilini başa vurub. 2004–2006-cı illərdə həmin universitetdə magistratura səviyyəsində Filologiya (ingilis dili müəllimliyi) ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 2005-ci ildə Gəncə Musiqi Kollecində başlayıb. 2005–2012-ci illərdə Gəncə Dövlət Humanitar Kollecində çalışıb. 2013-cü ildən Azərbaycan Texnologiya Universitetində ingilis dili müəllimi, hazırda isə baş müəllim kimi fəaliyyət göstərir. 2021-ci ildən ATU Tələbə Elmi Cəmiyyətinin sədridir. 2025-ci ildən universitetin Xarici dillər kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edir.
20-dək elmi və tədris-metodik işin, o cümlədən 2 elmi məqalə, tezis və konfrans materiallarının, 1 dərs vəsaiti və 7 metodik göstərişin müəllifidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.