Kafedranın yaranma tarixi
1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başladığı zamandan Dillər kafedrası yaradılıb. Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında, beynəlxalq münasıbətlərin genişlənib möhkəmlənməsində, informasıya axınında xarici dillərə xüsusi tələbat olduğunu nəzərə alaraq, xarici dillərin tədrisində əsaslı dəyişikliklərin edilməsi məqsədilə Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının 29.06.2016-cı il tarixli 10 saylı iclasında təsdiq olunaraq kafedranın adı “Xarici dillər” kafedrası adlandırılıb.2025/2026-cı tədris ilində kafedrada 31 müəllim və 5 texniki heyət fəaliyyət göstərir. Bunlardan 1 nəfər dosent, 10 nəfər baş müəllim, 20 nəfər müəllim, 1nəfər kabinet müdiri, 1 nəfər böyük laborant, 3 nəfər laborantdır.   
Qeyri-ixtisas kafedrasıdır. Universitetin bütün bakalavriat səviyyəsi üzrə ixtisaslarında Xarici dil fənni tədris olunur:
1.  Xarici dildə işgüzar və akademik kommunikasiya fənni – ingilis, rus və fransız dillərində
2.  Xarici dil fənni – rus və fransız dillərində
 2025-ci idə kafedrada  2 fənn proqramı, 3 dərs vəsaiti, 54 tezis (respublika və xarici), 10 məqalə (respublika və xarici), 7 metodik göstəriş nəşr edilmişdir.

Kafedranın üçillik Elmi-tədqiqat işləri
“İxtisas terminalogiyasının müxtəlif xarici dillərdə formalaşdırılması və inkşaf etdirilməsi”
2024-cü il - Xarici dillərin tədrisində ixtisasyönlü (xammal bazası) üzrə lüğətin araşdırılması və formalaşdırılması
2025-ci il - Xarici dillərin tədrisində ixtisasyönlü (ilkin emal və saxlanma)  üzrə lüğətin araşdırılması və formalaşdırılması
2026-cı il - Xarici dillərin tədrisində ixtisasyönlü (sənaye binaları, avadanlıq və texnoloji qablaşdırılma) üzrə lüğətin araşdırılması və formalaşdırılması

Şah İsmayıl Xətai 103, AZ2011 Gəncə, Azərbaycan

(+994 22) 268-08-81

Bütün hüquqlar qorunur © 2026 ATU