Kafedranın yaranma tarixi
Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialında 1974-cü ildə “İctimai elmlər” kafedrası adı altında fəaliyyət göstərib. 1981-ci ildə filialın bazası əsasında Azərbaycan Texnologiya İnstitutu yaranandan sonra kafedra iki müstəqil “Fəlsəfə və elmi kommunizm”, ”Sov. İKP tarixi və siyasi iqtisad” kafedrasına ayrılıb. Kafedra 1981-1991–ci illərdə “Fəlsəfə və Elmi kommunizm”, 1991-1992-ci illərdə “Fəlsəfə və sosial-siyasi münasibətlər nəzəriyyəsi”, 1992-2002- ci illərdə “Fəlsəfə və Politologiya”, 2002-2016-cı illərdə “Fəlsəfə və Tarix” kafedrası, 2016-2025–ci illərdə “İctimai elmlər və multikulturalizm” kafedrası adlanıb. 2026–ci ildən “Humanitar elmlər və multikulturalizm” kafedrası adlandırılıb.Kafedranın professor –müəllim heyəti 15 nəfər, texniki heyəti isə 2 nəfərdir. Professor –müəllim heyətinin 4 nəfəri dosent, 2 nəfər t.f.d.baş müəllim, 6 nəfəri baş müəllim və 3 nəfəri isə müəllimdir.
İxtisaslar
Qeyri-ixtisas kafedrasıdır.
Humanitar elmlər və multikulturalizm kafedrasında tədris olunan fənlər
Ali təhsilin bakalavriat səviyyəsi üzrə fənlərin siyahısı:
1. Azərbaycan tarixi
2. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
3. Fəlsəfə
4. ARK və hüququn əsasları
5. Turizm hüququ
6. Kommersiya hüququ
7.Nəqliyyat hüququ
8.Turist davranışı və psixologiyası
9.Multikulturalizmə giriş
10.Etnoqrafiya
11.Ədəbiyyat və milli-mənəvi kimlik
12. Arxeologiya, mədəniyyət və turizm
13.Dünya və Azərbaycan muzeyləri
14.Ekologiya hüququ
15.Mülki və inzibati hüquq
16.Turist davranışı və psixologiyası
17.Təşkilati davranış və idarəetmə psixologiyası
18. Sosial tədqiqata giriş
19.Biznes hüququ
Ali təhsilin magistratura səviyyəsi üzrə fənlərin siyahısı:
1. Ali məktəb pedaqogikası
2.Ali məktəb psixologiyası
3. Azərbaycan multikulturalizmi
Göstərilən fənlərin proqramları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və çap edilib. Kafedrada tədrisi nəzərdə tutulmuş fənlər üzrə və bu fənlərin tədrisinin kredit sisteminin tələblərinə uyğun aparılması üçün illik iş planı,fənlər üzrə təsdiq edilmiş fənn proqramları, sillabusları, fənlər üzrə müəllimlərin tədris iş planları (forma 3 və 6), müəllimləri açıq dərslərinin qrafiki, müəllimlərin məsləhət saatlarının qrafiki və aparılacaq elmi seminarların qrafiki tərtib edilmiş və təsdiqlənib.
Kafedrada professor-müəllim heyətinin tədris ilində mühazirə mətnlərinin elektron variantları vardır, onlar universitetin kitabxanasına təhvil verilmiş və onlara mütəmadi nəzarət olunur. İmtahanlara bir ay qalmış test sualları və imtahan biletləri tərtib edilir və kafedra iclasında təsdiq olunur. Elmi-tədqiqat işləri
İctimai inkişafın müasir mərhələdə aktual problemləri
2024-ci il – Müasir dövrün əsas çağırışları
2025 – ci il - Hümanitar elmlərin inkişaf konsepsiyası
2026 -ci il – Azərbaycan 2030: sosial-iqtisadi inkişafına dair milli prioritetlər