Fakültə haqqında


Azərbaycan Texnologiya Universitetinin (ATU) Elmi Şurasının 25 fevral 2026-cı il tarixli qərarı ilə universitetdə Turizm fakültəsi yaradılıb. Fakültə İqtisadiyyat və İdarəetmə fakültəsinin Turizm sənayesinin təşkili, Xarici dillər və Humanitar elmlər və multikulturalizm kafedralarının bazasında formalaşdırılıb.Yeni fakültədə “Turizm işinin təşkili” və “Turizm bələdçiliyi” ixtisasları üzrə əyani və qiyabi təhsil formalarında bakalavr və magistr hazırlığı həyata keçirilir.Turizm fakültəsində qeyd olunan iki ixtisas üzrə 680 nəfər bakalavr təhsili alır. 
Azərbaycan Texnologiya Universitetinin Turizm fakültəsi turizm sahəsində müasir bilik və praktiki bacarıqlara malik, əmək bazarının tələblərinə cavab verən peşəkar mütəxəssislərin hazırlanmasını qarşısına məqsəd qoyur. Fakültədə tədris prosesi nəzəri biliklərin praktiki təcrübə ilə inteqrasiyası prinsipi əsasında təşkil olunur.Fakültə tələbələrin turizm idarəçiliyi, turizm sənayesinin təşkili, bələdçilik, kommunikasiya və digər peşəkar istiqamətlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetirir.
Eyni zamanda tələbələrin yerli və beynəlxalq layihələrdə, təcrübə proqramlarında, elmi-praktik tədbirlərdə və digər peşəkar fəaliyyətlərdə iştirakı təşviq olunur.Turizm fakültəsinin əsas məqsədi Azərbaycanın turizm sektorunun inkişafına töhfə verə biləcək, müasir düşüncəli, məsuliyyətli, rəqabətqabiliyyətli və həm yerli, həm də beynəlxalq mühitdə fəaliyyət göstərə bilən mütəxəssislər yetişdirməkdir.

Missiyamız


Turizm sahəsinin müasir tələblərinə cavab verən, nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirən, innovativ düşüncəyə və peşəkar kompetensiyalara malik mütəxəssislər hazırlamaq, tələbələrin şəxsi və peşəkar inkişafını dəstəkləmək.

Vizyonumuz


Turizm təhsili sahəsində müasir yanaşmaları, beynəlxalq əməkdaşlığı və universitet–sənaye əlaqələrini inkişaf etdirən, ölkənin turizm sektoruna rəqabətqabiliyyətli və yüksək ixtisaslı mütəxəssislər qazandıran aparıcı fakültələrdən birinə çevrilmək.

Şah İsmayıl Xətai 103, AZ2011 Gəncə, Azərbaycan

(+994 22) 268-08-81

Bütün hüquqlar qorunur © 2026 ATU